Avtomatik idarəetmə sistemləri
Avtomatik idarəetmə sistemləri və ya AİS (ASU) - (ing. Automatized management system) – ASU riyazi metodların, texniki vasitələrin və mürəkkəb obyekt və ya qarşıya qoyulmuş məqsədəuyğun olaraq prosesin rasional idarə edilməsini təmin edən təşkilati komplekslərin yığımıdır. Avtomatik idarəetmə sistemlərinə daxildir: informasiya, texniki və riyazi təminat daxil edilmiş əsas hissə və idarə etmənin konkret funksiyasını avtomatlaşdıran əlaqəli proqramlar aid edilən funksional hissə.
Avtomatik idarəetmə sistemi (AİS) – idarə olunan obyektin işləməsinə kömək edir və ya yaxşılaşdırır. Çox hallarda köməkçi AİS əməliyyatları da (işəsalma, dayandırma, nəzarət, sazlama və s. ) avtomatlaşdırılır. AİS əsasən hər hansı bir istehsalın və ya başqa kompleksin tərkibində işləyir. AİS-in idarə məqsədi, idarə konturu və siqnalların verilmə üsuluna görə səciyyələndirilir. İlkin olaraq AİS-in qarşısında duran məsələ idarə zamanı verilmiş parametrin müəyyən qanunauyğunluqla dəyişməsini təmin etməkdən ibarətdir. Bu sinifdən olan idarəemə sistemləri arasında avtomatik tənzimləmə sistemləri -ATS fərqlənirlər.